Digital
Digital

Feysbuk və instaqramdakı problemin səbəbi bu imiş

Feysbuk və instaqramdakı problemin səbəbi bu imiş

Sosial şəbəkələr feysbuk və instaqramdakı problem Qırmızı dənizdə kabellərin zədələnməsi səbəbindən baş verib.

OLAY apa-ya istinadən yazır ki, bu barədə Honq-Konq provayderi “HGC Global Communications Limited” məlumat yayıb.

Bildirlib ki, Qırmızı dənizdə kabellərə hücum Yəmənin husi quruplaşması tərəfindən törədilib.

Qeyd olunub ki, həmin kabellər qlobal trafikin 25 faizini təşkil edir.

Artıq hücumun nəticələri aradan qaldırılır.

Bəzi proqnozlara görə, kabellər yalnız 8 həftədən sonra tam bərpa olunacaq.