Türkiyənin superstarı Ajda Pekkanın özü kimi müğənni bacısı Semiarmis Pekkan sosial şəbəkələrdə gündəm olub.
OLAY yazır ki, xüsusilə də iki bacının dünəndən bu günə davam edən sənət yolları müzakirə yaradıb. İddialara görə, 1970-ci illərdə sənət fəaliyyətinə yeni başalayan Semiramis Ajda qəbullana bilmir.
Onun önünə keçməsindən narahat olduğu üçün bacısı ilə iki il danışmır, hətta pəncərələrini daşlayır. O dövrdə yayılan şayiələrdə bildirilir ki, Semiramis bacısına görə, sənətdən gedir.
50 il sonra Haldun Dolmenin gecəsində səhnəyə çıxması ilə heyranlarını sevindirir. Bundan sonra ona qarşı maraq daha da artır, hətta sosial şəbəkə hesabında izləyiciləri dayanmadan çoxalır.
Beləliklə o, yenidən bacısını keçir. Bu günlərdə isə sənətçi gündəlik həyatını, təbii üsulla fit qalma yollarını izləyiciləriylə bölüşür.
İndi Ajda isə yenidən etdiridyi estetik prosedurlarla gündəmdədir. Bu hal istifadəçilrə tərəfindən “Semiramis yenə Ajdanı keçdi” kimi qiymətləndirilir.