Britni Spirs instaqram hesabını silib.
OLAY yazır ki, müğənni hesabını bir daha musiqi ilə məşğul olmayacağını və bu sektordan birdəfəlik gedəcəyini açıqladıqdan bir neçə gün sonra deaktiv edib.
Qeyd edək ki, bir müddət əvvəl Britni Spirs yeni albom üzərində işlədiyinə dair xəbərləri təkzib edib, həmçinin musiqi sənayesinə heç vaxt qayıtmayacağına söz verib. İfaçının sözlərinə görə, o, yeni mahnıları yalnız “əylənmək üçün və ya sifarişlə” yazır.