Digital
Digital

“Qadın cinayətlərinin artmasında TikTokun böyük rolu var”

“Qadın cinayətlərinin artmasında TikTokun böyük rolu var”

“Biz əsas üstünlüyü özəl sektorda çalışan qadınlara verməliyik. Dövlət məktəblərində, tibb müəssisələrində fəaliyyət göstərən qadınlarla bağlı məlumatlar bəllidir. Özəl sektorda çalışanlarla bağlı isə vəziyyət fərqlidir”

OLAY yazır ki, bu barədə Milli Məclisin plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Deputat çıxışında qadın cinayətlərinin sayının artması məsələsinə də diqqət çəkib:

 “Hazırda yol-nəqliyyat hadisələrindən sonra ölümlərin sayına görə ikinci yerdə qadın cinayətləri dayanır. Hər gün mətbuatda bununla bağlı xəbərlərə rast gəlirik. Mən araşdırma aparmışam, hər gün mətbuatda 2-7 qadının öldürülməsi faktına rast gəlirik. Orta hesabla ildə 1000-dən çox qadın öldürülür.
Burada “TikTok”un, digər sosial şəbəkələrin rolu var. Bunun səbəbi araşdırılmalıdır. Əvvəllər şəhərdə qadın cinayətlərinə rast gəlirdiksə, indi rayon və kəndlərdə də belə hallar baş verir. Biri Rusiyadan qayıdır gəlir, gələn kimi də vurub arvadını öldürür. Ona görə də bu çox ciddi şəkildə araşdırmalıdır. Televiziya kanallarında belə halları tərənnüm edən serialların qarşısı alınmalıdır. ”, - deyə komitə sədri əlavə edib.