Digital
Digital

"WhatsApp"-da süni intellekt funksiyası: Daha maraqlı olacaq

"WhatsApp"-da süni intellekt funksiyası: Daha maraqlı olacaq

"Meta" hər il müntəzəm olaraq keçirdiyi "Connect" konfransında süni intellekt xüsusiyyətinin "WhatsApp"-da da aktiv ediləcəyini açıqlayıb. 

OLAY yazır ki, süni intellekt köməkçilərinin gündəlik həyatımızda çox mühüm rol oynayacağına inanan "Meta" şirkətinin baş direktoru Mark Zukerberq "WhatsApp" üçün yeni süni intellekt xüsusiyyətləri barədə geniş məlumat verib. 

AI stikerləri: İndi siz söhbətinizə mükəmməl uyğunlaşacaq düşüncə və ya ideyanı təmsil edən fərdi stiker yarada bilərsiniz.

Süni intellekt söhbətləri: "Meta"-nın süni intellekti sayəsində stədiyiniz mövzu haqqında daha çox öyrənmək və ya qrup söhbətinizdə müzakirəyə son qoymaq üçün suallar verə, hətta "Meta" tərəfindən yaradılmış onlarla personajdan maraqlı cavablar ala, hər birinin fərqli perspektivlərini öyrənə bilərsiniz. 

Fotoreal şəkil yaradılması: Süni intellektlər sizə "/imagine" əmrini yazmaqla ideyanı, yeri və ya şəxsi təmsil edən şəkillər yaratmağa imkan verir.