"WhatsApp" messenceri Rusiyada bloklana bilər.
OLAY yazır ki, buna səbəb messencerin funksionallığının genişləndirilə biləcəyi xəbərləridir.
"WhatsApp"-a "Telegram" -da olduğu kimi kanallar yaratmaq imkanı əlavə ediləcək.
Kanallar 150-dən çox ölkədə istifadəçilər üçün əlçatan olacaq və insanlara onları maraqlandıran məlumatları məxfi olaraq almağa kömək edəcək.
"Meta" şirkətinə məxsus "Instagram" və "Facebook" artıq Rusiyada bloklanıb.
"WhatsApp" üçün istisna edilib. Buna səbəb isə tətbiqin məlumatların yerləşdirilməsi platforması deyil, məhz messencer olmasıdır.
“Meta"-nın məhsulu informasiyanın kütləvi yayılması istiqamətində funksionallığını genişləndirməyə başlayarsa, onun Rusiya ərazisindəki fəaliyyəti ilə bağlı rəsmi mövqeyə yenidən baxıla bilər.