Digital
Digital

"WhatsApp" yeni funksiyanı test edir

"WhatsApp" yeni funksiyanı test edir

"WhatsApp" bir müddət öncə video mesajlaşma funksiyasını işə salıb.

OLAY yazır ki, platforma funksiyadan istifadə etmək istəməyən istifadəçilər üçün idarəetmə panelini sınaqdan keçirir.

Hazırda bu funksiyanı söndürmək mümkün deyil. Yenilik sayəsində istifadəçilər artıq bu funksiyaya nəzarət edə və istəsələr, onu söndürə biləcəklər.

Bununla da, "WhatsApp" istifadəçilərə bu funksiyanı tamamilə söndürmək imkanı verəcək. Eyni zamanda onlara video mesajlar almağa davam etmək imkanı yaradacaq.

Xüsusiyyətin hal-hazırda iOS və Android cihazlarında beta istifadəçiləri tərəfindən sınaqdan keçirildiyi qeyd edilsə də, yaxın gələcəkdə daha çox insanın istifadəsinə veriləcəyi bildirilir.