“Guya bizdə edən yoxdur? Yuxarı onluqda, beşlikdə olan əxlaqsız qadınların gözü ilə görənlərin çoxu belə edir də”.
OLAY yazır ki, bu sözləri instaqramda influenser Aysel Şükür paylaşıb.
Bloger Türkiyədə bir çox tiktokerin polis tərəfindən saxlanılması xəbərini paylaşaraq bu sözləri yazıb:
“Mən canlı yayımda bu variantlardan danışanda dedilər ki, paxıllıq çəkirsən. Pul ilə əxlaqsızlıq edənin paxıllığını niyə çəkim? Anlayışı olanların çoxu bilir ki, sıralamada yuxarıda olanların əksəriyyəti bunu edir. Geri çəkmə, plus atana faiz vermə... Ona görə həmişə yuxarıda olurlar. Burada söhbət birdən-birə yuxarı gəlib, hər həftə orda oturanlardan gedir. Əziyyət çəkib tanınanları nəzərdə tutmuram. Məsələn, adı “it dəftərin”də yoxdur, lakin sıralamada 5-likdə, 10-luqdadır. Özləri bilirlər ki, kimləri deyirəm”.
Qeyd edək ki, Türkiyədə TikTok-da kredit kartlarının surətini çıxaran, virtual valyuta ticarətindən haqsız qazanc əldə edən və lüks həyat videolarını paylaşan dəstə üzvləri ilə müqavilə bağlayan 215 fenomenə basqın edilib. Əməliyyatda 120 nəfər saxlanılıb.