Digital
Digital

Türkiyədə “OnlyFans” bağlandı

Türkiyədə “OnlyFans” bağlandı

Ailə institutunu pozduğu səbəbi ilə tez-tez mübahisələrə və reaksiyalara səbəb olan “OnlyFans” adlı sosial platforma Türkiyədə tamamilə bağlanıb. 

OLAY yazır ki, vətəndaşlar tərəfindən İstanbul Sülh Cəza Hakimliyinə edilən müraciətdə sözügedən saytın cəmiyyətin quruluşunu məhv etdiyi, gəncləri mənəviyyatsızlaşdırdığı, insanları əxlaqsız işlərə sürüklədiyi qeyd olunub. 

Müraciət əsasında hakim sözügedən internet saytının bağlanmasına qərar verib.

Qeyd edək ki, TikTok və ya Instagramdan fərqli olaraq, OnlyFans bir abunə platformasıdır.Minimum abunə qiyməti ayda 4,99 dollar, maksimum abunə qiyməti ayda 49,99 dollar. Sözügedən şəbəkədə bütün sahəyə aid videolar, infolar yerləşdirilsə də, son dövrlər ölkələrdə erotik görüntülər qarşılığında istifadəçilər pul qazanmağa başlayıb.