Digital
Digital

“Dedim ki, həyatımda başqası var”

“Dedim ki, həyatımda başqası var”

İş adamı Kurban Omarov Kseniya aparıcı Kseniya Borodina ilə boşanmadan öncə onu aldatdığını etiraf edib.

OLAY yazır ki, o, bu barədə “Алена, блин!” yutub verilişində danışıb. Omarovun sözlərinə görə, teleaparıcı ilə münasibətləri boşanmadan bir il əvvəl pisləşməyə başlayıb. Sahibkar artıq özünü Borodina ilə cütlük hesab etmirmiş:

“Dedim ki, həyatımda başqası var. Amma mənə dedi ki, yalan deyirsən, elə deyil. Bunu zarafat kimi qəbul etdi. Bəlkə də daha dəqiq deməliydim”.

Kurban iddia edir ki, o, teleaparıcıdan ayrılmaq qərarına gəlib əşyalarını götürməyə gələndə Borodina onu “qışqıraraq döyüb”. Blogerin sözlərinə görə, həmin vaxt onun artıq heç bir sevgi hissi qalmayıbmış.

Qeyd edək ki, Kseniya Borodina və Kurban Omarov 2015-ci ildə ailə qurublar. Həmin il onların qızı Teon dünyaya gəlib. 2021-ci ildə teleaparıcı və iş adamının boşanması məlum olub. Telediva bildirib ki, Omarovdann boşandıqdan sonra psixoloqun köməyinə ehtiyacı olub. Sahibkardan ayrıldıqdan sonra Borodina boşanmanın təfərrüatlarını bölüşməyi dayandırıb.