İnstaqramda ödənişli abunəlik başladan ilk azərbaycanlı sənətçi bəlli olub.
OLAY-ın məlumatına görə, sözügedən şəxs keçmiş “Dəyirman” qrupunun üzvü Elmir Teymurdur.
Reperin abunəlik qiyməti isə 49 sentdir. İfaçının ilk abunəçilərindən biri isə aparıcı İlkin Həsəni olub.
Bununla da repçi istədiyi paylaşımları istifadəçilərə ödəniş müqabilində göstərə biləcək. Həmçinin, abunəçilər Elmirin təqdim etdiyi eksklüziv postlarda və fotolarda bənövşəyi nişan və tac simvolu görəcəklər.
Qeyd edək ki, sənətçi uzun illərdir Amerikada yaşayır.