Digital
Digital

Tiktoker “Xaqocan” həbs edildi

Tiktoker “Xaqocan” həbs edildi

“Tik-Tok” sosial şəbəkəsində “Xaqocan” ləqəbi ilə tanınan Xəqani Hüseynovun həbs edilib.

OLAY yazır ki, DİN Mətbuat xidmətindən məlumatı “Qafqazinfo”ya təsdiq ediblər. Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavab olara bildirib ki, Xəqani Hüseynov barəsindəki şikayət əsasında Nərimanov RPİ-nin 18-ci Polis Bölməsi tərəfindən saxlanılıb:

“Paytaxt sakini Azər Əmirov Xəqani Hüseynovun onu söyərək təhqir etməsi ilə bağlı polisə müraciət edib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib.

Nərimanov Rayon Məhkəməsinin qərari ilə Xəqani Hüseynov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb”.

Qeyd edək ki, Xəqani Hüseynov sosial mediada müxtəlif şəxslərə maddi yardım göstərməsini əks etdirən videolar paylaşmağı ilə tanınıb.