ABŞ-nin Montana ştatında TikTok tətbiqi bloklanacaq.
OLAY yazır ki, bununla bağlı əyalətdə qanun layihəsi hazırlanır.
Sözügedən təklif qəbul olunarsa, Montana ABŞ-də TikTok-u qadağan edən ilk ştat olacaq.
Buna səbəb kimi sosial şəbəkədə məlumatların təhlükəsizliyinin təmin edilməməsi göstərilib.
Qeyd edək ki, Ağ Ev ötən ay TikTok-un istifadəsini dövlət qurumlarında qadağan edib.