Sosial media fenomeni Şeyma Subaşının hərəkəti izləyiciləri hiddətləndirib.
OLAY yazır ki, zəlzələ ilə bağlı qısa paylaşım etdikdən sonra nişanlısı ilə məşhur xizək mərkəzinə tətilə gedən Subaşı instaqramda tənqid edilib.
İstirahət görüntülərini paylaşan Şeymanın bu hərəkəti sosial media istifadəçilərini qəzəbləndirib. Onlar blogerin baş verən zəlzələyə laqeyd yanaşdığını bildirərək, Subaşını izləmədən çıxıblar.