Rusiyanın Əməkdar artisati Qriqori Leps gün eynəyi sataraq külli miqdarda pul qazanıb.
OLAY yazır ki, bu barədə kp.ru məlumat yayıb.Nəşrin məlumatına görə, Lepsin eynək biznesində 2022-ci il üçün gəlirin məbləği sıfırdan 19 milyon rubla qədər artıb. Xalis mənfəət 9,4 milyon olub.
Qeyd edək ki, dekabrın əvvəlində musiqiçi eynək biznesini bağlanması barədə xəbər yayılıb. İddia olunub ki, mağaza ən bahalı nüsxələrini sata bilmir, çünki sahibi guya onları pulsuz olaraq özü üçün götürüb.