Dəb
Dəb

Zelenskinin dizayneri azərbaycanlı imiş

Zelenskinin dizayneri azərbaycanlı imiş

Ukrayna Prezidenti Volodimir Zelenskinin dizayneri Elvira Həsənova dövlət başçısının qalmaqalla yadda qalan ABŞ səfərində geyindiyi geyim tərzini şərh edib.

OLAY yazır ki, o bu barədə “Financial Times” qəzetinə müsahibəsində söz açıb.

“Onun geyiminin mahiyyəti sadəcə zahiri görkəm üçün deyil. Bu, Zelenskinin dünyaya mesajının bir hissəsidir və mahiyyəti onun xalqının yanında olduğunun isbatıdır… O, müharibə dövrünün lideridir. Müharibə dövründə siyasətçilərə belə kostyumlar lazım deyil. Əsgərlərimiz döyüşəndə, insanlarımız sığınacaqda olanda kostyum geyinə bilmərik. Bu, seçim dəbdən daha çox şey ifadə edir. Bu tərz Ukrayna liderinin bir növ ünsiyyət vasitəsidir”, - deyə E.Həsənova bildirib. 

Xatırladaq ki, Ağ Evdə keçirilən qalmaqallı Tramp-Zelenski görüşü zamanı Ukrayna Prezidentinin geyim tərzi tənqid edilib və Tramp ona “sənin ümumiyyətlə kostyumun var?” sualını ünvanlayıb.