Dəb
Dəb

Payızın ən dəbli idman ayaqqabıları

Payızın ən dəbli idman ayaqqabıları

İdman ayaqqabısız həyat varmı? Bu suala yox deyə cavab versək heç də yanılmarıq. İndi ən rahat çəkmələr üçün bir çox variantlar mövcüddur. 

OLAY istənilən payız görünüşündə parlaq vurğuya çevriləcək 5 cüt ən aktual idman ayaqqabısı modellərini sizə təqdim edir.

Baza:


Ağ, əlbəttə ki, hər hansı ayaqqabı kolleksiyasında tapıla bilən əbədi klassik rəng və baza modelidir. Lakin bu mövsüm ağın çalarları ilə oynamağa, həmçinin pastel rənglərə diqqət yetirməyi tələb edir. Bununla belə, hansı rəngə üstünlük verməyinizdən asılı olmayaraq, əminliklə demək olar ki, bu idman ayaqqabısı istənilən geyimə uyğun olacaq. 

Retro:


İnfluserlərin sosial şəbəkələri keçən əsrin 70-ci illərində idmançıların geyindiyinə bənzər nazik altlıqlı səliqəli idman ayaqqabıları ilə doludur. Bununla belə, burada minimalizm yalnız formaya aiddir, qalanları isə rənglərin üsyanıdır. Bu mövsüm sarı, yaşıl, qırmızı və sayra rənglərdə olan retro tərzli idman ayaqqabılarını seçsəniz əmin olun ki, ən dəbli siz olacaqsız. 

Bordo:


Şərab çaları çoxdan payızın əsas rəngi elan edilib və bütün modaçılar kütləvi şəkildə bu rəngdə əşyalar almağa başlayıblar. Bəziləri təpədən dırnağa tünd qırmızı geyinir, bəziləri görünüşünə vurğu əlavə edir. Tünd qırmızı rəngli çanta uzun müddət aktual olacağı bir həqiqət deyilsə, tünd qırmızı idman ayaqqabısı qarderobunuza əlavə edəcəyiniz ən sərfəli investisiyadır.

Zamşa:


“Zamşa” podiumlara qayıtdı və bu, xüsusilə payız-qış kolleksiyalarında nəzərə çarpır. Materialın qayğıya daha çox diqqət yetirilməsi tələb olunsa da (xüsusən də ayaqqabılara və gödəkçələrə aiddir), bu dizaynda idman ayaqqabılarını görməməzlikdən gələ bilməyəcəksiniz. 

Bəbir və leopard naxış:


Bənzər naxışlı idman ayaqqabıları lakonik şalvar kostyumu ilə bu mövsüm əvəzolunmaz seçimdir.