Dəb
Dəb

Gülnarə Xəlilovanın əsərləri “Fashion Week Cappadocia”da

Gülnarə Xəlilovanın əsərləri “Fashion Week Cappadocia”da

Dizayner Gülnarə Xəlilovanın əsərlərində qədim Azərbaycan mədəni irsi Kapadokya Moda və Mədəniyyət Həftəsi çərçivəsində AFWEU Fashion Week Cappadocia-da təqdim edilib.

Qonaqlara 30-dan artıq beynəlxalq dizaynerin kolleksiyaları təqdim olunub. Gülnarə Xəlilovanın orta əsrlərin eskizlərini, xalça naxışlarını, Qarabağın motivlərini, Azərbaycanın rəmzi olan nar, qurama, ipək işlərini əks etdirən iki kolleksiyası “Miniatür” və “Cizgi” qonaqların xüsusi marağına səbəb olub və alqışlarla qarşılanıb.

Gülnarə Xəlilova-Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur, "Cizgi" brendinin sahibi. Kolleksiyaları ABŞ, İngiltərə, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.