Ab-hava
Ab-hava

Övladlarının dişlərini fırçalamadıqları üçün cəza alacaqlar

Övladlarının dişlərini fırçalamadıqları üçün cəza alacaqlar

İsveçdə övladlarının dişlərini fırçalamadıqları üçün valideynlər həbs cəzasına məhkum edilib.

OLAY yazır ki, məhkəmə övladlarının diş sağlamlığına etinasız yanaşan valideynlərə 8 ay həbs cəzası verib.

Belə ki, hadisə İsveçin qərbindəki Boras şəhərində baş verib. Bir ailə uşaqlarını müntəzəm diş həkimi müayinəsinə apardığı zaman dişlərdə çürüklər aşkar edilib.

Diş həkiminin dediyinə görə, bəzi dişlər o qədər pis vəziyyətdə idi ki, onları çıxarmaq lazım idi.

Valideynlər məhkəmədə günahlarını etiraf etməyiblər. 

Lakin məhkəmə tibbi sübutlara və ekspertiza rəylərinə əsasən valideynləri övladlarına qarşı kobud səhlənkarlıqda təqsirli bilib və hər iki valideyni 8 ay müddətinə azadlıqdan məhrum edib. Qərar ölkədə geniş müzakirələrə səbəb olub.