Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən OLAY-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində, o cümlədən Bakıda və Abşeron yarımadasında qar yağır.
Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 59 sm, Altıağac və Şəkidə 31 sm, Qəbələdə 28 sm, Qubada 25 sm, Xaltanda 20 sm, Zaqatalada 18 sm, Şahdağda 17 sm, Şahbuz və Oğuzda 16 sm, Daşkəsəndə 15 sm, Qobustan və Qusarda 10 sm, Kəlbəcər, Mingəçevir, Şabran və Gədəbəydə 8 sm, Laçın, Qubadlı, Şuşa və Balakəndə 7 sm, Xankəndi, Füzuli, Xocalı, Göyçay, Yevlax, Tərtər, Naftalan, Kürdəmir, Sabirabad, Neftçala və Bərdədə 5 sm, Bakıda və Abşeron yarımadasında isə 12 sm olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcə şaxta, Naxçıvan Muxtar Respublikasında 11 dərəcə şaxta, dağlıq rayonlarda isə 19 dərəcəyədək şaxta qeydə alınıb.
Yağıntılar fevralın 27-si gündüz saatlarından tədricən kəsiləcək.