Hazırda Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur.
OLAY yazır ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yağıntılı hava şəraiti dekabrın 4-ü səhərədək davam edəcək və yarımadanın bəzi yerlərində leysan xarakterli yağış olacaq.