Media
Media

Prokuror “Roşka”ya ittiham elan etdi

Prokuror “Roşka”ya ittiham elan etdi

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

OLAY Oxu.az-a istinadən yazır ki, hakim Roman Ələkbərlinin sədirliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə ittiham aktını elan edib.

Daha sonra Rəşad Süleymanova sərbəst ifadə üçün söz verilib. Məhkəmənin növbəti baxışı qeyri-müəyyən vaxta təyin edilib

Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvarında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.