“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
OLAY yazır ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. Sərəncama əsasən, Sahil Abdulla oğlu Tahirli “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunub.
Digər sərəncamla “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinin müvəqqəti icrası “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Novruzova İlhamə Tofiq qızına həvalə edilib.