Media
Media

Aktyora Bakı metrosunda yüksək vəzifə verildi

Aktyora Bakı metrosunda yüksək vəzifə verildi

Aktyor Cavid Nəsrullaha “Bakı Metropoliteni”ndə yeni vəzifə verilib.

OLAY yazır ki, o, QSC-də Kommunikasiya departamentinin rəisinin müavini təyin olunub.

Qeyd edək ki, sözügedən departamentin rəisi aktyor Şaban İmkanidir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib: “Cavid Nəsrullah müavin təyin olunub. Bundan öncə o, “Azerfon” (Nar), “Gilan Holding”in müxtəlif şirkətlərində rəhbər vəzifələrdə və ADY-də çalışıb”.