Media
Media

Eduard Məmmədova vəzifə verildi

Eduard Məmmədova vəzifə verildi

Eduard Məmmədov AKF-nin vitse-prezidenti təyin olunub

OLAY Musavat.com-a istinadla yazır ki, Azərbaycan Kikboksinq Federasiyasında (AKF) yeni təyinatlar baş tutub. Dəfələrlə dünya və Avropa çempionu olan Eduard Məmmədov federasiyanın vitse-prezidenti vəzifəsinə təyin edilib.

Bu barədə Məmmədov özü məlumat verib və ona göstərilən etimada görə federasiya rəhbərliyinə təşəkkür edib. O, kikboksinqin inkişafı naminə fəaliyyətini davam etdirəcəyini bildirib:

“Belə bir vəzifəyə təyin olunmaq xoşdur. Azərbaycan idmanına xidmətlərimi davam etdirəcəyəm. Çalışacağam ki, Azərbaycan kikboksinqi hər zaman irəli getsin. İdmançılarımızın beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında uğur qazanmaları üçün əlimdən gələni edəcəyəm”.

AKF-nin fəxri prezidenti Adil Əliyevin rəhbərliyi altında keçirilən iclasda digər təyinatlar da olub. Elşən Abdulrəhimov I vitse-prezident, Azər Aslanov isə digər vitse-prezident vəzifəsinə gətirilib. Federasiyanın hazırkı prezidenti Orxan Əliyev isə vəzifəsini davam etdirəcək.