“Azərbaycan Hava Yolların”a məxsus təyyarənin Aktau yaxınlığında məcburi qəza enişi etməsi nəticəsində ağır yaralanan 3 Azərbaycan vətəndaşı Bakıya göndərilib.
OLAY yazır ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya səmasında vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi qəza enişi edib. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.