Media
Media

“Rəşid Behbudov məni “Nəsimi” filminə çəkilməyə qoymadı”

“Rəşid Behbudov məni “Nəsimi” filminə çəkilməyə qoymadı”

Əməkdar artist Ruhəngiz Musəvi 1973-cü ildə lentə alınan “Nəsimi” filmində “Şəms” obrazını canlandırmalı imiş.

OLAY yazır ki, bu barədə sənətçi qonaq olduğu “El canlı” verilişində ilk dəfə danışıb. O iddia edib ki, Xalq artisti Rəşid Behbudov müğənninin sözügedən ekran işinə çəkilməsinə icazə verməyib.

R.Musəvi “Nəsimi” filminə çəkilməməsinin səbəbini belə nəql edib:

“Bəli, dahi Rəşid müəllim məni “Nəsimə” filminə çəkilməyə icazə vermədi. 1972-ci ildə Rəşid Behbudov adına musiqili teatrda çalışırdım. Tərəf müqabilim Eldar Mahmudov olub. Allah ona rəhmət eləsin. Tofiq Quliyevin yaradıcılıq gecəsi idi. Mən də o tədbirə müğənni kimi dəvət almışdım. Diktor Rafiq Hüseynov mənə yaxınlaşıb dedi ki, bəs İsa Hüseynov və Həsəd Seyidbəyli (filmin rejissorları – red.) söyləyilər ki, biz “Şəms”imizi tapdıq. Soruşdum ki, “Şəms” kimdir? Cavab verdi ki, “Nəsimi” filmi çəkilir. Tofiq Quliyev isə o film üçün musiqi bəstələmişdi. Məni çağırdılar. Allah o xanıma da rəhmət eləsin ki, hansı ki filmdə “Şəms” roluna çəkilib. Həsən bəy onu da mənə göstərib dedi ki, qızım, səndə əsl şərq surəti var. Doğrudan mən gəncliyimdə gözəl olmuşam (gülür). Film üzərində Rasim Balayev, Şeyx Əbdül, Muxtar Maniyev və digər sənətkarlarla məşq elədik. Bir tək onların Rəşid müəllimdən icazə almaları qalmışdı. Mən isə dediyim kimi, onun teatrında işləyirdim. O dedi ki, bura sənin üçün kinostudiyadır? Get ya kinoya çəkil, ya da oxu. Mən onu qınamıram. O vaxt teatrda tək solist mən idim. Və elə oldu ki, o filmə mən çəkilmədim. Sonradan yenidən mənə filmə çəkilmək təklifi gələndə bizi müvəqqəti işdən azad etdilər. Mən də “Baladadaşın ilk məhəbbəti” filmində “Novella” obrazına çəkildim. Düzdür, “Nəsimi” tarixi bir film idi, amma bu film də indiyə kimi sevilir. Bir sözlə, qismət”.