Media
Media

“Simoorg Academy” məşhur institutun tədbirində

“Simoorg Academy” məşhur institutun tədbirində

Sentyabrın 17-i “Flame Towers”da dünyanın ən yaxşı moda institutlarından olan “İnstito Marangoni”in tədbiri baş tutub.

OLAY yazır ki, görüşdə Azərbaycanın məşhur moda təhsil müəssisəi “Simoorg Academy”nin rəhbərliyi də iştirak edib.

Akademiyanın idarə heyəti təmsilçilərlə birlikdə sözügedən görüşdə yer alıb.

Tədbirdən sonra moda məktəbləri arasında əməkdaşlıq barəsində danışıqlar aparılıb.

Qeyd edək ki,“Simoorg Fashion & Design Academy” təhsil müəssisəsi insanların öz yaradıcı bilik və bacarıqlarını zənginləşdirməsinə və inkişaf etdirməsinə xidmət edir.

Təsisçilər bildirirlər ki, missiyaları ölkəmizin moda və dizayn sektoru üçün istedadlı və savadlı mütəxəssislər yetişdirmək, müvafiq bazara innovasiya və yenilikləri cəlb etməkdir.

Tələbələri bugünkü rəqabətli iş bazarında seçilə bilən etmək, onları hərtərəfli peşəkarlara çevirmək öndə duran vəzifələrdəndir. Məktəbin fəalilyyət istiqaməti üzrə ön sıralarda yer alan, beynəlxalq təcrübəyə yiyələnməkdə olan və yüksək ixtisaslı kadrları, müəllimləri cəlb etməklə təhsil və peşəkar yolda irəliləmək istəyən hər bir fərdi qlobal perspektivlərə cavab verə biləcək səviyyədə yetişdirməyi hədəfləyir.

Kursların beynəlxalq səviyyəli olması müəllimlərin təcrübəsi ilə birləşərək həm ən son yenilikləri əhatə edən, həm də sektorun real tələbləri ilə birbaşa əlaqəli olan multidissiplinar təlim təcrübəsi təklif edir.