Xalq artisti Ağadadaş Ağayev balta ilə insident törətdiyi “Medera Hospital”ı məhkəməyə verib.
OLAY Unikal-a istinadən yazır ki, Xalq artistinin Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi ilə bağlı verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.