Media
Media

Zakir Sultanov azadlığa buraxıldı

Zakir Sultanov azadlığa buraxıldı

Korrupsiyaya görə 5 il 6ay azadlıqdan məhrum edilmiş Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov azadlığa buraxılıb.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, bu barədə Xəzər Rayon Məhkəməsi qərar qəbul edib.

Hakim Ramilə Xəzri qərar qəbul edərkən məhkumun cəzasının 2/3 hissəsini çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb. Z.Sultanov həbs cəzasının qalan 1 il 5 ayından azad edilib. 

Qeyd edək ki, Zakir Sultanov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Zakir Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ziyanın ödənilməsini nəzərə alaraq həbs müddətini 5 il 6 aya endirib.

Xatırladaq ki, mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov isə ötən ilin mayında Prezidentin sərəncamı ilə əfv edilib.