Yazıçı Əkrəm Əylisli Baş prokurora müraciət edib.
OLAY yazır ki, onun müraciətində bildirilib:
“Hava Nəqliyyatında Polis İdarəsi tərəfindən mənə qarşı qaldırılan cinayət işinin Bakı şəhər prokurorluğuna göndərilməsindən artıq 8 ildən çox keçib. Əgər ortada, həqiqətən, cinayət işi varsa, istintaqın bu qədər uzadılmasına səbəb nədir? Mən 87 yaşın içindəyəm, cənab Baş Prokuror! Artıq 8 ildən çoxdur ki, sevdiyim vətənimdə sənədsiz və hüquqsuz yaşamağa məhkum edilmişəm. Şəxsiyyət vəsiqəmin Prokurorluq tərəfindən müsadirə edilməsi bir çox məişət məsələlərində mənim üçün ciddi problemlər yaradır. 8 ildən çox davam edən bu heyrətamiz istintaq süründürməçiliyinə, nəhayət, son qoymaq üçün tərəfinizdən təsirli tədbir görüləcəyinə inanmaq istəyirəm...”.