Türkiyəli müğənni Hadisenin konsert və reklam çəkilişlərindən nə qədər qonorar tələb etdiyi ortaya çıxıb.
OLAY yazır ki, ifaçı biri zərgərlik brendi olmaqla, üç markayla bir illik müqavilə imzalayıb. Hərəsindən 3 milyon dollar olmaqla, ümumilikdə 9 milyon dollar (15 milyon 300 min manat) qonorar alacaq.
Yaz-yay aylarında 95 konsert verməsi planlaşdırılan sənətçi ümumilikdə 237 milyon lirədən artıq (12 milyon 500 min manatdan artıq) qazanacaq.