Qızılcaya yoluxan aparcı Həmid Herisçinin səhhətindən xəbər var.
OLAY yazır ki, bununla bağlı onun xanımı İlhamiyyə Rza məlumat yayıb. O bildirib ki, Heriçi palatada müalicə alır:
“Dəyərli dostlar, həmkarlar, hamıya bir bir cavab verə bilmirəm, üzrlü sayın. Həmidlə danışdım,səsi zəif gəlsə də, hiss etdim ki, nikbinləşib. İntensiv terapiya öz nəticəsini verir. Qızdırması bu gün yoxdur. Palatada təkdir. Özü ilə Heydər Camalın kitabını götürüb. Onu xəbər alanlara salam söylədi”.