“Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov şirkəti tərk edib.
OLAY yazır ki, bu barədə o, RİA Novosti-yə müsahibəsində danışıb. “Mən şirkətdən ayrıldım və hazırda öz layihələrim üzərində işləyirəm”, - Ağalarov bildirib.
Sahibkar getməsini onunla izah edib ki, 22 ildir şirkətdə çalışıb və paralel layihələrin sayı artıb və artıq “Crocus Group”da beş-on il əvvəlki kimi səmərəli işləmək mümkün deyil.
İş adamı yeni “Agalarov Development” şirkətinin təkcə tikinti ilə deyil, digər sahələrdə də məşğul olacağını vurğulayıb. Şirkətin doqquz biznes sahəsində çalışacağı və 60 layihə, o cümlədən fitnes klublar şəbəkəsi, eləcə də restoranlar şəbəkəsi hazırlayacağı bildirilir.