AzTV-yə yeni mətbuat katibi təyin edilib.
OLAY yazır ki, bu barədə telekanal məlumat yayıb.
Bildirilib ki, tanınmış teleaparıcı Rüfət Seyidov AzTV-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media Şöbəsinin rəisi və mətbuat katibi vəzifəsinə təyin olunub.
ARB televiziyasında aparıcı kimi fəaliyyət göstərmiş Rüfət Seyidov özü də bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb:
“Bu gündən etibarən iş fəaliyyətimi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi və mətbuat katibi vəzifəsində davam etdirəcəm. Bu müddətdə maraqlı dəyişikliklərin şahidi oldum, fərqli təcrübə qazandım. Düşündüm ki, media sferası daha maraqlı, dinamik və doğmadır. İş fəaliyyətimin bütün mərhələlərində mənə dəstək verən hər bir kəsə təşəkkür edir, göstərilən etimada görə minnətdarlığımı bildirirəm. Sözümüzün və əməlimizin bir olması arzusu ilə hər birimizə uğurlar arzulayıram”.
Qeyd edək ki, bundan öncə teleaparıcı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərkibində DOST İş Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri və mətbuat katibi vəzifəsində çalışıb.