2023-cü ilin fevral ayında feysbuk sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinin aktivliyi yanvar ayı ilə müqayisədə 1,03 faiz azalaraq, 28,54 faizə düşüb.
OLAY yazır ki, bu barədə “Trend” Global Stats statistika mərkəzinə istinadən məlumat paylaşıb.
Bu göstəriciyə görə, ikinci yerdə instaqram dayanır. Onun payı 1,35 faiz artaraq, 24,48 faizə çatıb.
Üçüncü yerdə 23,49 faizlə yutub gəlir (2,01 faiz artım).
Dördüncü yerdə pinterest gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 1,52 faiz azalaraq, 12,95 faizə düşüb.
Tvitter media paltforması 7,73 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yer tutub (ay ərzində 0,33 faiz azalma). Reytinqdə altıncı yerdə 0,8 faiz göstərici ilə linkedin gəlir.
Digər sosial şəbəkələrin payı 2,02 faiz təşkil edib.