Media
Media

Turan tarixi serialı tənqid edənləri qınadı

Turan tarixi serialı tənqid edənləri qınadı

Aparıcı Turan İbrahimov “Atabəylər: Şəmsəddin Eldəniz” serialını tənqid edənlərdən yazıb.

OLAY yazır ki, bu barədə o, feysbukda status paylaşıb. Turan tizerə baxıb ekran işinə irad bildirənlərə səslənib:

“Bismillah edib, bir dənə tarixi, ideoloji, propaqanda serialı çəkməyə girişmişik, tizerini görən hər kəs tarixçi kəsilib ortağıla düşüb. Hərə bir “mız” qoyur, səhv tutur. Ay insanlar! Əvvəla gözləyək bir serialın özünü çıxarsınlar ortaya, baxıb görək nədi. Sonra fikir bildirmək azaddır, normaldır. Ağzımızda tarixi serial deyirik. Yəni televiziya kontenti. Burada ilkin məqsəd pafos qarışıq drammatizmlə kütləvi tamaşaçı toplamaq, reklam cəlb etmək, uğurlu alınsa, xarici televiziyalara satmaqdı.

Bütün bu üst motivlərlə yanaşı həm də propaqanda məqsədi də var. Rəy, fikir, mövqe formalaşdırmaq, müasir, populist hədəflər müəyyənləşdirərək milli ideologiya təlqin edib, yeni miflər yaratmaq da pis fikir deyil. Dediyim odur ki, siz serialda tarixi realizmdən daha çox, yaratdığı təsirə baxmalısınız. Onsuz da tarix dəqiq elm deyil. Kim harasından tutub, hara çəkmək istəsə, məhz odu. Hə, Bütöv Azərbaycan vurğusunun edilməsi mənə də bir az çox gəldi. Amma hər halda Babək də doğrananda Azərbaycan deməmişdi. Lazım gəldi, dedizdirdilər, dedi... Əsas vurğu Turandı, bax mən ona baxıram!”.