Media
Media

“iPhone 14”ün tədarükü təxirə salındı

“iPhone 14”ün tədarükü təxirə salındı

“iPhone 14”ün dünya üzrə tədarükü gələn ilə təxirə salınıb.

OLAY yazır ki,  sifarişlər yanvarın 3-dən tez olmayaraq müştərilərə çatdırılacaq. Bu barədə “My Drivers” portalı məlumat yayıb.

Əgər əvvəl sifariş verdikdən sonra gözləmə müddəti 4-5 həftə idisə, indi bu proses yanvar ayına qədər çəkəcək. Buna səbəb “Apple”ın şəriki Foxconn-a məxsus Çjençjou şəhərindəki dünyanın ən böyük “iPhone” fabrikində yaranan problemlərdir. Çində COVID-19-la əlaqədar olaraq fabrikdə blokada tətbiq olunub və bu, istehsala birbaşa təsir edib.

Əvvəllər 85 milyon smartfonun planlaşdırıldığına baxmayaraq, cari ildə yalnız 79 milyon cihazın göndəriləcəyi bildirilib.