İstanbulun Taksim meydanında dəhşətli partlayış baş verib.
OLAY yazır ki, ölən və xəsarət alanların olduğu hadisə ilə bağlı xəbərlərə qadağa qoyulub.
RTÜK (Türkiyənin Radio Televiziya Şurası - red.) bütün televiziya kanallarına və mediaya hadisə ilə bağlı yayım qadağası qoyduğunu bildirib.
İnstaqram səhifələri və xəbər portalları bu qadağadan sonra sözügedən mövzu ilə bağlı xəbərləri silib. Həmçinin, Türkiyədə internet problemi də yaşanır.
Qeyd edək ki, son məlumatlara görə, partlayış zamanı 5 nəfər ölüb, 36 nəfər yaralanıb.