Son bir ildə çıxan yüzlərlə serial arasından yalnız bir neçəsi həm tənqidçilərin, həm də tamaşaçıların ürəyini qazana bildi. IMDb və digər reytinq platformalarında ən yüksək qiymət alan 5 serialı sizin üçün topladıq.

1. «Həyat sənə naringi verəndə» (Cənubi Koreya)

Netflix-in Koreya dramı Ceju adasında böyüyən Ae Sun və Qvan Sikin bir ömür boyu davam edən sevgi hekayəsini danışır. Baş rollarda Ayu (IU) və Pak Bo Qum çəkilib. Serial IMDb-də 9 bal toplayıb və ilin ən çox ağladan dramı adlandırılır. «Həyat sənə naringi verəndə» serialını Azərbaycan dilində izləyin.

2. «Adolescence» (Böyük Britaniya)

13 yaşlı məktəblinin həbsi ilə başlayan dörd seriyalıq dram. Hər seriya fasiləsiz, bir kadrla çəkilib. Serial Netflix-in ən çox izlənən layihələrindən birinə çevrilib və sosial şəbəkələrin yeniyetmələrə təsiri haqqında geniş müzakirəyə səbəb olub.

3. «Dekster: Dirilmə» (ABŞ)

Məşhur serial qatili Dekster Morqan geri qayıdır — bu dəfə Nyu-Yorkda. Maykl S. Holl sevilən obrazına qayıdıb və serial köhnə pərəstişkarları sevindirib. Dekster: Dirilmə ilin ən çox müzakirə olunan davamlarından biridir.

4. «Yeddi Krallığın Cəngavəri» (ABŞ)

«Taxtlar oyunu» kainatından yeni serial: hadisələr orijinal süjetdən təxminən 90 il əvvəl baş verir. Mərkəzdə cəsur cəngavər Dank və onun gənc köməkçisi Eqin macəraları dayanır.

5. «MobLand» (Böyük Britaniya)

London kriminal dünyasında iki ailənin müharibəsi. Tom Hardi, Pirs Brosnan və Helen Mirren eyni serialda — bu heyət özü-özlüyündə tamaşaçı cəlb edir.