Mədəniyyət Nazirliyi Xalq Artisti Ramiz Novruzun dəfn olunacağı məkanı açıqlayıb.

OLAY yazır ki, nazirlik mərhum aktyorun Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacağını bildirib:

“Xalq artisti Ramiz Novruz bu gün saat 15:00-da “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq. Allah rəhmət eləsin!".

Qeyd edək ki, Xalq artistinin oğlu Cavidan Novruz OLAY-a açıqlamasında atasının 2-ci Fəxri Xiyabanda dəfn ediləcəyini demişdi.