Xalq artisti Röya Ayxan Gəncədə iki gün ard-arda solo konsert verib. Müğənni 21-22 may tarixində Gəncə Dövlət Filarmoniyasında səhnəyə çıxıb.

OLAY yazır ki, pop ulduz 80 dəqiqəlik musiqili gecədə 20-ə yaxın mahnısını canlı səsləndirib.  11 ildən sonra Gəncədə konsert verən sənətçinin repertuarına keçmiş və yeni mahnıları daxil edilib. 

İki günlük Gəncə konsertində yaşananlar!Röyanı səhnədə 10 nəfər musiqiçi və iki solistdən ibarət Coşqun Qadaşovun rəhbərlik etdiyi orkestr müşayiət edib. Tədbirə böyük texniki heyət cəld edilib və müasir işıqlandırma sistemi qurlaşdırılıb. 

Bundan əlavə, Xalq artisti hər gün üçün ayrı libas hazırlatdırıb, geyimlər aktrisa Nərgiz Əliyevanın modalar evinin imzasını daşıyıb. 

İki günlük Gəncə konsertində yaşananlar!R. Ayxan konsertin ikinci günündən əvvəl Gəncədə N saylı hərbi hissəyə gedib. Estrada ifaçısı 3 minə yaxın əsgər qarşısına çıxaraq mahnılarını səsləndirib, onlarla söhbət edib, xatirə fotosu çəkdirib. 

1 saatlıq səhnəsindən sonra Röya Ayxan Gəncə Dövlət Filarmoniyasına yola düşərək sözügedən məkanda ikinci çıxışını edib.  

İki günlük Gəncə konsertində yaşananlar!Bu dəfə də Xalq artistinin konsertində izdiham yaşanıb.  

Sözügedən konsertdə İska İsmayılov tərəfindən lentə alınan fotoları təqdim edirik:

İki günlük Gəncə konsertində yaşananlar! İki günlük Gəncə konsertində yaşananlar! İki günlük Gəncə konsertində yaşananlar! İki günlük Gəncə konsertində yaşananlar! İki günlük Gəncə konsertində yaşananlar! İki günlük Gəncə konsertində yaşananlar! İki günlük Gəncə konsertində yaşananlar! İki günlük Gəncə konsertində yaşananlar! İki günlük Gəncə konsertində yaşananlar!