Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasiminin yeri və tarixi müəyyənləşib. 

OLAY yazır ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. 

Bildirilib ki, mərasim martın 16-ı saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Qeyd edək ki, R. İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada vəfat edib.