Aktauda “Türk Dünyasının Mədəniyyət Paytaxtı – 2025” layihəsinin təntənəli bağlanış tədbirində Azərbaycanın Əməkdar artisti Gülüstan Əliyeva xüsusi proqramla çıxış edib.
OLAY yazır ki, sənətkar tədbirə böyük məsuliyyətlə hazırlaşaraq günlər boyu intensiv məşqlər aparıb. O, həmçinin Dövlət Filarmoniyasının rəqs qrupunun bədii rəhbəri Ceyhun Qubadovun rəhbərliyi ilə hazırlanan rəqs ansamblı ilə birlikdə türkcülüyə həsr olunmuş “Əsr türkün əsridir” adlı kompozisiyanı səhnələşdirib.
Gülüstan Əliyevanın ifası mərasim iştirakçıları tərəfindən böyük alqışla qarşılanıb.
Tədbirin sonunda Əməkdar artist Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən mədəniyyət mükafatı ilə təltif edilib.