“Açar” bədii filmi Şimali İrlandiyada beynəlxalq festivalda iştirak edəcək.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.

Sözügedən film 18-27 noyabrda baş tutacaq “Oscar” və BAFTA klassifikasiyalı 35-ci Foyle Film Festivalının “Beynəlxalq qısa film” müsabiqə proqramına seçilib.

Ekran işi sözügedən festival çərçivəsində Şimali İrlandiyanın Derry-Londonderry şəhərində nümayiş olunacaq.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.