Azərbaycanın ilk qorxu filmi “Xənnas” 6 il sonra yenidən kinoteatrlarda nümayiş ediləcək.

OLAY yazır ki, bu barədə layihənin rejissoru Elvin Abdulla məlumat paylaşıb.

Ekran işi 6 apreldən kinosevərlərə təqdim ediləcək.

Qeyd edək ki, filmdə Hikmət Rəhimov, Nərgiz Əliyeva, Pərvin Abıyeva, Zarina Qurbanova, Türkay Cəfərli, Azər Aydəmir kimi sənətçilər yer alıb.

Azərbaycanın ilk qorxu filmi təkrar nümayiş ediləcək