“Disney” əyləncə parkında gəzintilər, filmlər və televiziya şouları üçün kostyumlar hazırlayan məşhur dizayner Elis Estes Devis həyatını itirib.
OLAY yazır ki, o, 93 yaşında Los-Ancelesdəki evində dünyasını dəyişib.
Devis “Disney”in əfsanəvi “doqquz qoca”sından biri olan animator Mark Devis ilə evli olub.
Elis Estes 1929-cu ildə Kaliforniyanın Eskalona şəhərində anadan olub. O, 1947-ci ildə Los-Ancelesdəki Şuinard İncəsənət İnstitutunda, həmçinin animasiya öyrənmək üçün gecə məktəbində oxuyub.
Elis 2004-cü ildə “Disney əfsanəsi” adını alıb. Onun və həyat yoldaşının adı “Disneylend”də əsas küçədə bitişik pəncərələrə yazılıb.