İncəsənət
İncəsənət

“Yarımçıq qalmış” yenidən səhnədə

“Yarımçıq qalmış” yenidən səhnədə

Noyabrın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Zəfər Günü münasibətilə “Yarımçıq qalmış” tamaşası nümayiş etdiriləcək.

Teatrın mətbuat xidmətindən OLAY-a bildirilib ki, 2016-cı ildə 4 günlük Aprel döyüşlərində şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Yefim Abramov və Leyla Bəyimin “Xəyalpərvər oğlanlar” əsəri əsasında Xalq artisti, mərhum rejissor Vaqif Əsədov tərəfindən hazırlanıb.

Dörd günlük müharibə dörd ildən sonrakı 44 günlük müharibənin təməlini qoymaqla, böyük zəfərimizin başlanğıcı oldu. Bizim qələbəmiz yarım qalmış xəyallar, arzular və böyük itkilər hesabına qəhrəmanlıq salnaməmizin ən gözəl səhifələrindən birinə çevrildi.

Tamaşada rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Nuriyə Əliyeva, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Ramil Məmmədov, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Tahir İsmayılov, Xaliq Bəkirov ifa edəcəklər.