Əməkdar artist Mehriban Xanlarova Özbəkistana yollanacaq.
OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında məlumat verib.
O bildirib ki, dekabrın 1-i Özbəkistanın Akademik Milli Dram Teatrında keçiriləcək olan beynəlxalq festival ilə əlaqədar olaraq “Manqurt” tamaşası ilə çıxış edəcək.
Qeyd edək ki, festivalda Özbəkistan, Qazaxıstan, Maldova, Gürcüstan, Ukrayna, Tacikistan, Rusiya, Belarusiya, Qırğızıstan və Ermənistan da iştirak edir.