İncəsənət
İncəsənət

“Mahur-hindi” muğamı təqdim olundu

“Mahur-hindi” muğamı təqdim olundu

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin oktyabr konsertində “Mahur-hindi” muğamı təqdim olunub.

OLAY yazır ki, ötən gün baş tutan konsertdə BMM-nin solistləri Əməkdar artist Səbuhi İbayev və Muğam Televiziya Müsabiqəsinin qalibi Könül Xəlilzadə  çıxış ediblər. 

Xanəndələri tarzən Rövşən Qurbanov, qanun ifaçısı Əməkdar artist Çinarə Heydərova , kamançada Əməkdar artist Toğrul Əsədullayev, nağarada Soltan Əliyev, udda Vasif Yusifli və balabanda Rəfael Əsgərov müşayiət ediblər.